İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Rusiyaya növbəti DEMARŞ

1002 19.03.2024 16:46 Son xəbər A A

“Avropa İttifaqının Ermənistan Respublikasındakı missiyasının statusu haqqında sazişin ratifikasiyasına ehtiyac yaranıb”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan yerli parlamentin iclasında, Ermənistan və Aİ arasında imzalanmış “Avropa İttifaqının Respublikadakı missiyasının statusu haqqında” sazişin ratifikasiyası məsələsinin müzakirəsi zamanı deyib.

Onun iddiasına görə, Aİ-nin mülki missiyasının Ermənistanda yerləşdirilməsi regionda davamlı sülhün bərqərar olması və sabitliyin təmin edilməsi məqsədi daşıyır.

“Ermənistan tərəfi Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bütün digər təşəbbüslərə böyük əhəmiyyət verir”, - deyə erməni rəsmisi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR