İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan müşahidəçilərin fəaliyyətinə üstüörtülü MESAJ

805 12.05.2023 19:00 Region A A

Ermənistan Avropa Birliyinin (AB) mülki müşahidə missiyasının fəaliyyətini müsbət qiymətləndirir, lakin AB müşahidəçiləri sərhədyanı insidentlərə (mətndə “Azərbaycanın təxribatları” olaraq təqdim olunur - red.) heç bir reaksiya verə bilməzlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan danışıb.

“Onların funksiyası Brüssel və AB-yə üzv ölkələr üçün hesabat hazırlamaqdan ibarətdir. Vəzifələri vaxtaşırı sərhədin bütün hissələrini ziyarət etməkdir. Bu missiyanın mövcudluğu vəziyyətin yaxşılaşmasına töhfədir. Belə vəziyyət psixoloji cəhətdən daha təhlükəsiz atmosfer yaradır və bu mənada missiya öz mandatını tam yerinə yetirir. Hazırda biz missiyanın fəaliyyətinə müsbət qiymət verə bilərik”, - deyə Paruyr Ovannisyan jurnalistlərə müsahibəsində deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR