İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yerin təkindən qanunsuz istifadə faktı aşkarlanıb

800 09.12.2023 01:56 Dünya A A

Ermənistanda dövlətə 15 milyon dram (təxminən 37,5 min dollar) məbləğində ziyan vuran yerin təkindən qanunsuz istifadə faktı müəyyən edilib.

“Report”un xəbərinə görə, bu barədə polisin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Ararat rayonunun Sis kəndində ona məxsus ərazidəki şirkətlərdən biri balıqçılıq ferması tikmək adı ilə yerin təkinin qanunsuz işlənməsi ilə məşğul olub.

Ümumilikdə 510 ədəd yük maşınıyla qum-çınqıl qarışığı daşınıb, müxtəlif şirkətlərə satılıb.

İş materialları əlavə araşdırma üçün İstintaq Komitəsinə verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR