İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yanğında həlak olan əsgərlərin valideynləri üsyan edir

424 29.03.2023 16:47 Son xəbər A A

Ermənistanda hərbi hissədə baş verən yanğında ölən əsgərlərin valideynləri hökumətə qarşı qəzəb püskürdülər.

Onlar səhlənkarlıq ucbatından yanğın törətməkdə ittiham olunan kapitan Yeqişe Akopyanın məsuliyyətdən qaçmaq istədiyini söyləyiblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 29-da jurnalistlərlə görüşündə yanğında həlak olan əsgərlərdən birinin atası Arman Barseqyan deyib.

“Komandirin soba yandırdığı harda görünüb?. Və ya soba artıq qızdırılıbsa, niyə "alov əlavə etmək" lazım idi? Ümumiyyətlə, 28 kvadratmetrlik bir otaqda 21 nəfər yaşayırsa, sobaya ehtiyac qalmır. Soba dəhlizdə imiş, yataq otağının qapısı da bağlı olub, yəni əsgərlər donmurdu, o zaman sobanı qızdırmaq kimə lazım idi?” – deyə əsgərin atası suallar verib.

Əsgər Ayk Kirakosyanın atası Qabriel Kirakosyan həqiqəti gizlətməyə cəhd edildiyini vurğulayıb. Onun sözlərinə görə, həlak olan hərbçilərin valideynləri hərbi prokurorla qarşıdakı görüşdə istintaqın son aylarda nə ilə məşğul olduğunu öyrənmək niyyətindədirlər.

“Ölən əsgərlərin cəsədləri morqda olanda Paşinyan kef çəkirdi. Bir də onun (N.Paşinyanı nəzərdə tutur) açıqlamaları... sən ümumiyyətlə niyə danışırsan, bəyanatlar verirsən? “İstintaqın sizə xəbər verilməsini gözləyin” deyirlər. Bütün bunlardan belə nəticə çıxır ki, onlar həqiqəti gizlətməyə çalışırlar”, - deyə o, baş nazirin hadisə günü yanğının baş vermə səbəbləri ilə bağlı verdiyi açıqlamaya toxunub.

Xatırladaq ki, bu ilin yanvarın 19-da Azat kəndində istehkamçılar rotasının binasında baş verən yanğında 15 erməni əsgər həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR