İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda TƏŞVİŞ: Əliyev və müttəfiqləri Pasxa bayramına qədər…

1087 03.04.2024 17:50 Siyasət A A

Ermənistanın Belçikadakı səfiri Tiqran Balayan 5 aprel Brüssel görüşünə qədər Azərbaycanın Ermənistana hücum edəcəyini iddia edib: “İlham Əliyev və müttəfiqləri baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə aprelin 5-nə planlaşdırılan görüşünü pozmaq məqsədilə, Pasxa bayramında Ermənistana hücum etmək istəyirlər”.

Maraqlıdır, Balayanın təxribat fonundakı bəyanatının səbəbi nədir? Bu cür açıqlamalar nəyə hesablanıb?

Mövzu ilə bağlı Türkiyənin sabiq deputatı, İstanbul Ticarət Universitetinin professoru Mustafa Ilıcalı Medianews.az-a bildirib ki, Avropa İttıfaqı-Ermənistan-ABŞ görüşü ikili standartlar yanaşmasına əsaslanır.

Onun qənaətincə, burada Aİ və ABŞ-nin hərəkətlərinin birtərəfli və qərəzli olduğu bəllidir: “Sözügedən üçtərəfli görüş tam şəffaflıq şəraitində keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən etimad və dürüstlüyə ziddir. Eyni zamanda erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, bölgədə yeni bölücü xətlər yaratmağa xidmət edir. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan  Hacızadə bildirib ki, “Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın planlaşdırılması və aprelin 5-də keçiriləcək iclasda hərbi elementlərin yer alacağı barədə məlumatlar Ermənistanda sülhün bərqərar olması səylərinə zərbə vurur. Regionda narahatlıqları artırır”. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüz, işğal və etnik təmizləmənin qurbanı olsa da, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç vaxt Avropa İttifaqı və ABŞ tərəfindən rəsmi Bakı dəstək almayıb”.

M.Ilıcalı hesab edir ki, Balayanın  bu kontekstdəki  bəyanatı Aİ və ABŞ-nin diqqətini çəkmək və onların dəstəyini almaq  üçün atılan təxribat xarakterli addımdır: “Brüssel görüşündə Avropa İttifaqı və ABŞ-nin Azərbaycana qarşı təxribatçı addımlar atacağı, növbəti belə addımlara yol açacağı aydın faktdır. Bu səbəbdən Azərbaycan və Ermənistanın regionda sabitliyin, təhlükəsizliyin, sülhün təmin olunması baxımından görüşün mövzularını, nəticələrini şəffaf və qərəzsiz dəyərləndirməsi böyük əhəmiyyət kəsb edir. Haqdan və ədalətdən yana olduqlarını sözlə deyil, sülh istiqamətində atacaqları real və konkret addımlarla göstərə bilərlər. Görüş bu çərçivədə böyük fürsətdir”.

Millət vəkili Nəsib Məhəməliyev isə qeyd edib ki, bu tipli sərsəm bir bəyanatı  ancaq erməni səfir paylaşa bilər: “Bu gün ayın 3-dür. Azərbaycan dövləti kifayət qədər praqmatik, ölçülü-biçili siyasət aparır. ABŞ və Avropa İttifaqının təmsil olunduğu konfrans öncəsi, belə bir kobud strateji, taktiki səhvlərə yol verməz. İki dünya gücünü öz əleyhinə qaldırmaqla, Ermənistanın təxribatına getməz. Əksinə, son günlər Ermənistan silahlı qüvvələrinin Qazax rayonu istiqamətində və Naxçıvan sərhədlərinə toplaşdığının şahidi oluruq.  Ermənistan səfirinin səsləndirdiyi fikirlər, növbəti təxribatdır. Brüssel görüşü ərəfəsində beynəlxalq ictimaiyyəti aldatmaqla, Azərbaycana təzyiq məqsədi daşıyır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR