İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda keçmiş polis rəisinə qarşı cinayət araşdırması 

356 13.07.2023 19:03 Region A A

Ermənistanda 2000-2018-ci illərdə müxtəlif dövlət vəzifələrində çalışmış keçmiş polis rəisi (daxili işlər naziri funksiyasını icra edir-red.) Vladimir Qasparyana qarşı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qasparyan rüşvətdən tutmuş, vəzifədən sui-istifadə hallarına qədər bir çox cinayətdə ittiham olunur. İş materialları və ittiham aktı təsdiq olunaraq məhkəməyə göndərilmək üçün nəzarət edən prokurora təqdim edilib.

İstintaqın məlumatına görə, göstərilən müddətdə hərbi polis rəisi vəzifəsini tutan V.Qasparyan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həyat yoldaşını və qızını işə düzəldərək sistemdə qohumbazlığa şərait yaradıb. Bundan başqa adı çəkilən ailə üzvləriniiş yerində görən də olmayıb.

Ümumiyyətlə, Qasparyanın göstərilən müddət ərzində ailənin rəsmi gəlirinin qat-qat üstündə əmlak və avtomobil əldə edib.

Yalnız Qasparyanın həyat yoldaşına əsassız olaraq 36 milyon dram (təxminən 92 min ABŞ dolları) pul verildiyi ortaya çıxıb. İstintaq hesab edir ki, Qasparyan təxminən 2 milyard dram (5 milyon 150 min ABŞ dolları) məbləğində qanunsuz yolla pul əldə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR