İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hərbi vəziyyət dövrü ilə bağlı yeni qanun

581 05.01.2023 19:53 Region A A



Ermənistan Ədliyyə Nazirliyi hərbi vəziyyət yaranacağı təqdirdə internet resurslarına girişin məhdudlaşdırılmasını təklif edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli ombudsman Kristine Qriqoryan bu ideyanı tənqid edib. Onun sözlərinə görə, təklif olunan yenilik insan hüquqlarını məhdudlaşdırır, üstəlik, təklif ekspertlərlə müzakirə olunmayıb.

Lakin artıq Ədliyyə nazirliyi hərbi vəziyyətin tətbiqi zamanı bəzi internet saytlarına, sosial şəbəkələrə və internet proqramlarına çıxışı, ümumilikdə internetin mövcudluğunu məhdudlaşdıracaq qanun layihəsini baxılmaq üçün hökumətə təqdim edib.

Bu ilin yanvarın 3-dən qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. O əsasən hökumət “hərbi vəziyyətin hüquqi rejiminin daha səmərəli tənzimlənməsi üçün məhdudiyyətlər tətbiq edə bilər”.

Problem yaranarsa, hökumət Ermənistanın baş nazirinin rəhbərlik edəcəyi “hərbi vəziyyətin elan ediləcəyi ərazinin idarə olunması üzrə xüsusi şura” yarada bilər. Layihədə o da qeyd olunur ki, “hərbi vəziyyət dövründə televiziya filmləri və  verilişlərində müstəsna sürətdə hərbi-vətənpərvərlik məzmunlu məlumatlar” nümayiş etdirilməlidir.

Sözügedən qanunun qəbul olunması ilə bərabər, kompleks halında “Hərbi vəziyyətin hüquqi rejimi haqqında”, “Müdafiə haqqında”, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” və “Hərbi xidmət haqqında” qanunlara da dəyişikliklər nəzərdə tutulur.

"Layihədə qeyd olunan hüquq normaları insan hüquqları baxımından narahatlıq doğurur, xüsusən də ifadə azadlığı və məlumat əldə etmək hüquqlarının qeyri-proporsional şəkildə məhdudlaşdırılmasına səbəb ola bilər", - deyə Kristine Qriqoryan qeyd edib.

Qriqoryan “layihənin problemli müddəalarına yenidən baxmağa” və onun müzakirəsinə ekspertləri cəlb etməyə çağırıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR