İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda erməni əsilli fransız jurnalisti hava limanından qovmaq istəyiblər

616 24.05.2024 11:45 Siyasət A A

 

Ermənistanın əsas hava limanı “Zvartnots”un əməkdaşları ilə erməni əsilli fransız jurnalist Leo Nikolyan arasında insident baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, işə ombudsman müdaxilə etməli olub.

Yerli mətbuatın xəbərinə əsasən, uzun müddətdir Zvartnotsda aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Leo Nikolyan hava limanı əməkdaşlarının zorakılığına məruz qalıb.

Gələn xəbərlərə görə, aeroport işçiləri Leo Nikolyanı ölkədən deportasiya etməyə çalışırlar.

Qeyd edək ki, hələ bu ilin aprelin 22-dən Leo Nikolyan hava limanından Ermənistan ərazisinə buraxılmır. Lakin ona kimin qərarı ilə və hansı əsaslarla arzuolunmaz şəxslər siyahısına salınması ilə bağlı izahat verilməyib. Fransız jurnalist özü bunu Azərbaycana məxsus qanuni ərazilərin qaytarılması ilə bağlı Paşinyan hökumətini tənqid etməsi ilə əlaqələndirir. Hazırda Leo Nikolyan Zvartnots hava limanının neytral zonasındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR