İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Beynəlxalq Cinayət Məhkəməsi haqqında Əsasnamə qəti olaraq tanındı

769 28.03.2023 15:32 Son xəbər A A

Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ER Konstitusiyasına uyğunluğu ilə bağlı qərarın mətnini dərc edib.

Musavat.com xəbər verir ki, Ermənistan Konstitusiya məhkəməsinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının geriyə qüvvəsi olması ilə bağlı müəyyən edilmiş öhdəliklər Konstitusiyaya uyğundur.

Sənəddə qərarın qəti olduğu və dərc edildiyi andan qüvvəyə mindiyi göstərilib. Burada hakimlər Tunyan, Xundkaryan, Tovmasyanın qərarla bağlı fərqli fikir bildirdiyi qeyd olunur.

Xatırladaq ki, Ermənistan hökuməti 2022-ci ilin sonunda bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Hökumət bunu beynəlxalq strukturlarda Azərbaycana qarşı fəaliyyətin gücləndirilməsi siyasəti ilə əsaslandırıb.

Qeyd edək ki, Rusiya hökuməti bununla əlaqədar rəsmi İrəvana sərt xəbərdarlıq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR