İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda atışma: qadınlar xəsarət aldı

782 03.09.2023 01:47 Region A A

Ermənistanın Lori vilayətində (Azərbaycanın tarixi məskənlərindən biri – Loru mahalı-red) atışma zamanı iki qadın xəsarət alıb.

Məlumata görə, saat 20:30 radələrində Vanadzor Tibb Mərkəzindən Lori Regional Polis İdarəsinin Əməliyyat İdarəetmə Mərkəzinə güllə yarası almış 2 vətəndaşın onlara çatdırılması barədə məlumat daxil olub.

Müəyyən edilib ki, zərərçəkənlər Şirakatsi küçəsindən xəstəxanaya gətirilən qadınlardır. Onlardan birinin 24, digərinin 34 yaşı var. Polis həmin şəxslərin hansı şəraitdə güllə yarası aldığını və atışmanın harada baş verdiyini də araşdırır.

Faktla bağlı cinayət işi başlanıb. Xəsarət alan qadınların kimliyi və onlardan başqa zərərçəkənlərin olub-olmadığı müəyyənləşdirilir./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR