İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yeni səngərlər qazmağa BAŞLADI: Döyüşə hazırlıq? CANLI

1194 01.12.2023 15:49 Gündəm A A

Ermənistan ictimaiyyəti Rusiyanın Gümrüdəki hərbi bazasının ətrafında səngərlərin olduğu iddia edilən kadrları dərc edib. Bu addım döyüşə hazırlıq kimi dəyərləndirilir. Lakin Gümrüdəki rus bazasının ətrafında səngərlərin qazılması suallar doğurur.

İrəvan-Moskva əlaqələri soyuqdur və Paşinyan administrasiyası Rusiyanın Ermənistanda hərbi mövcudluğuna qarşıdır. Belə vaxtda Gümrüdə səngərlər qazılması müzakirə mövzusudur.

Ukrayna artıq Qərb mediası üçün maraqlı deyil. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb. O bildirib ki, Qərb mediası artıq Ukrayna ilə hətta anti-Rusiya təxribatları formasında belə maraqlanmır. "Sergey Lavrovun Skopyedəki mətbuat konfransı təxminən 1,5 saat davam edib. Qərb mediası artıq Ukrayna ilə maraqlanmır, hətta anti-Rusiya təxribatları formasında belə. Mövzunu (Ukrayna mövzusunu – red.) söndürüblər. Amma biz Zelenskini rahat buraxmayacağıq", - deyə Zaxarova yazıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi ekspert Turab Rzayev cavablandırır.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR