İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XAOS içində: Paşinyan, 1 saat vaxtın var! CANLI

1750 21.04.2023 15:50 Son xəbər A A

Göyçə bölgəsinin Azad kəndində baş verən yanğında həlak olan hərbçilərin valideynləri İrəvanın mərkəzi küçələrindən birini bağlayıb, nəqliyyatın hərəkətini iflic ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlar baş nazir və müdafiə naziri ilə görüşməkdə israrlı olduqlarını bildiriblər.

Polisin müdaxiləsindən sonra yolu açan etirazçılar yenidən Ermənistan hökumətinin binasının qarşısına toplaşıblar.

Piket iştirakçılarının tələbi olduğu kimi qalır: onlar Nazirlər Kabinetinin və Müdafiə Mazirliyinin rəhbəri ilə görüş tələb edirlər. Ölənlərin yaxınları soba yandırmaq üçün benzin işlətdiyi iddia edilən kapitanın ehtiyatsızlığı nəticəsində 15 əsgərin yanması ilə bağlı rəsmi qurumların açıqlaması ilə razılaşmır.

Əsgərlərin qohumları və yaxınları hakimiyyət təmsilçiləri ilə görüşmək üçün bir saat vaxt veriblər, əks halda Tiqran Mets prospektinin Respublika meydanı ilə kəsişməsindəki hissəsini bağlamaq niyyətindədirlər.

Həlak olan əsgərlərin yaxınları Paşinyanın köməkçisi ilə görüşəcək. Bildirilir ki, Qaqik İsaxanyanla aparılacaq danışıqlarda 15 valideynin hamısı iştirak edəcək. Əsgər Qaqik Berseqyanın atası Arman Barseqyan bunu jurnalistlərə bildirib.

Görüşdə əsas tələbin yerinə yetirilib-yetirilməyəcəyi, baş nazir və müdafiə nazirinin ölənlərin valideynlərini qəbul edib-etməyəcəyi bəlli olacaq.

TV Musavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR