İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyaya belə TƏZYİQ göstərir

690 13.09.2023 20:43 Region A A

“Ermənistanın ABŞ-la təlimlər keçirməsi xarici siyasətdə sadəcə müəyyən şeyləri dəyişdirməyin əlamətləridir. Ancaq bu günə qədər real dəyişiklik yoxdur”.

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq, Stenford Universitetinin müəllimi Artur Xaçikyan yerli mətbuata müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu təlimlər daha çox “treninq”i xatırladır. Lakin bunu Ermənistanın xarici siyasətində dönüş nöqtəsi adlandırmaq olmaz.

“Düşünürəm ki, bu, daha çox Rusiyaya təzyiq etmək cəhdi, rəsmi Moksvanın İrəvan üçün daha əlverişli bir mövqe tutması istəyi ilə bağlıdır. Bununla birlikdə, Ermənistanda bununla hər kəsi fakt qarşısında qoya biləcəklərini düşünənlər var. Ermənistanda bütün diskurs səhv qurulub. Hazırda burada ekspertlər və siyasətçilər qərbpərəstlərə və rusiyapərəstlərə bölünüb. Lakin problem bölgədəki qüvvələrin və maraqların qurulması ilə bağlıdır. Məsələ burasındadır ki, həm Rusiya, həm də Qərb üçün Türkiyə və Azərbaycan Ermənistandan daha vacibdir”, - deyə Xaçikyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR