İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin müxalifətçi komissiya sədri qovuldu 

538 11.07.2023 15:07 Region A A

Ermənistan parlamentində müxalifətdən olan yeganə komissiya sədri vəzifədən uzaqlaşdırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hakim partiyanın parlament fraksiyası gizli səsvermə zamanı deputat Taquhi Tovmasyanı Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri səlahiyyətlərindən məhrum edib. 

62 deputat onun vəzifədən uzaqlaşdırılmasının lehinə, 1 millət vəkili isə əleyhinə səs verib. Müxalifət deputatları səsverməni boykot ediblər.

Xatırladaq ki, bundan əvvəl hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyası Milli Assambleyanın sədri Alen Simonyana Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi təklifi ilə müraciət etmişdi. Fraksiya Tovmasyanı parlamentin 46 iclasından yalnız 8-də iştirak etməkdə, həmçinin komissiyanın işini əlaqələndirmək vəzifəsini yerinə yetirməməkdə suçlayıb.

Qeyd edək ki, Taquhi Tovmasyana qarşı kampaniya Ermənistanın ombudsmanının seçilməsindən sonra başlayıb. Həmin vaxt erməni deputat müxalifətin namizədi Edqar Kazaryanın tərəfini tutduğunu gizlətməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR