İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentindəki davanın SƏBƏBLƏRİ

780 24.05.2023 14:59 Hadisə A A

Ermənistan Milli Assambleyasında vəziyyət kəskin şəkildə gərginləşib.

Musavat.com
bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, iclasın gedişində müxalifət deputatları ilə hakim “Mülki müqavilə” partiyası arasında dava düşüb. İnsident Armen Danielyanın və hakim partiyadan olan deputatların “gözünün içinə baxmaq istəyən” “Ermənistan” müxalifət blokunun deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib. “Məsələ burasındadır ki, bir dəfə hakim Armen Danielyan Sərkisyanın həbsi barədə qərar çıxarmışdı. Sonradan yuxarı instansiya tərəfindən ona bəraət verilib.

Deputat, xüsusən də məhkəmə istintaqı zamanı onun mövqeyinin dinlənilməməsindən şikayətlənib”-erməni mediası yazır. Mübahisə söyüş, söz atışması və əlbəyaxa dava ilə nəticələnib. Məsələyə parlamentin daxili təhlükəsizlik işçiləri müdaxilə etmək məcburiyyətində qalıb. Təhlükəsizlik əməkdaşlarını Milli Assambleyanın sədri Alen Simonyan iclas zalına çağırıb. Lakin təhlükəsizlik qüvvələrinin cəlb edilməsinə baxmayaraq, Simonyan 20 dəqiqəlik fasilə elan etməli olub.

Xatırladaq ki, Ermənistan Milli Assambleyasının iclasında Korrupsiya Cinayətlərinin Araşdırılması üzrə Kassasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Palatasına hakimlərin seçilməsi məsələsi müzakirə olunur. Ali Məhkəmə Şurası hakimlər Armen Danielyan, Yelizaveta Danielyan və Arsen Nikoqosyanın namizədliyini irəli sürüb.

Bir neçə gün əvvəl də Ermənistan parlamentində dava düşmüşdü.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR