İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı qanun layihəsini rədd etdi

641 02.10.2025 14:53 Dünya A A

Ermənistan parlamenti 2 oktyabr iclasında müxalif “Ermənistan” blokunun parlament fraksiyası tərəfindən təqdim edilən, qondarma“erməni soyqırımı”nın inkarının cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Söhbət Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsindən gedir. Hakim “Vətəndaş Müqaviləsi” partiyasından 58 deputat layihənin əleyhinə səs verib, daha 2 deputat isə bitərəf qalıb. Nəticədə qanun layihəsini cəmi 26 deputat dəstəkləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR