İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan futbol komandası Türkiyəyə getdi

2695 07.09.2023 14:00 İdman A A

Ermənistanın futbol üzrə yığma komandası Türkiyəyə gedib.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni futbolçular baş məşqçi Aleksandr Petrakovun rəhbərliyi altında Türkiyə Milli Futbol Komandası ilə keçiriləcək oyuna hazırlaşacaqlar.

Qeyd edək ki, Türkiyə və Ermənistan futbol komandaları Avropa Çempionatının seçmə oyunları çərçivəsində ilk oyunu martın 25-də İrəvanda keçiriblər. Oyun Türkiyə komandasının 2:1 qələbəsi ilə başa çatıb.

Hazırda Türkiyə 6 xalla qrup lideridir. Ermənistanın da 6 xalı olsa da, Türkiyəyə məğlub olduğuna görə ikinci yerdə qərarlaşıb.
Komandaların növbəti qarşılaşması sabah – sentabrın 8-də Türkiyədə baş tutacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR