İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan əhalisinin 54,8%-i Paşinyandan narazıdır 

620 10.07.2024 14:09 Region A A

Respondentlərin 54,8%-i Ermənistan baş naziri Nikol Paşinyanın işini mənfi qiymətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin işinə 13,4% tam müsbət, 21,7% kifayət qədər müsbət, 14,5% kifayət qədər mənfi, 40,3% tamamilə mənfi qiymət verib. Sorğuda iştirak edənlərin 10,1%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Navasardyanın bildirdiyinə əsasən, respondentlərin 16,7%-i Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyasına tamamilə müsbət, 21,2%-i kifayət qədər müsbət, 17,5%-i kifayət qədər mənfi, 39,4%-i tamamilə mənfi yanaşdığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR