İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ÇALXALANIR - Biz elə bir vəziyyətdəyik ki...

1343 05.10.2023 19:36 Son xəbər A A

“Mən dəfələrlə izah etmişəm ki, burada problem təkcə Moskvanın müttəfiqlik öhdəliklərini lazımınca yerinə yetirməməsində deyil. Üstəlik, biz (Ermənistan - red.) düşmənlərimizin (Rusiyanın simasında - red.) sayını daha da artırmamalıyıq”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Arqişti Kiviryan öz feysbuk səhifəsində yazıb.

“Biz indi elə bir vəziyyətdəyik ki, nəinki bütün fövqəlgüclərlə problem yaşamamağa, həm də ehtiyatlılıq və peşəkar diplomatiyanın köməyilə Ankara və Bakı ilə qarşılıqlı anlaşmaya çalışmalıyıq. Çünki münaqişənin davam etdirilməsi üçün bizim heç bir resursumuz yoxdur. Bir millət bir adamın dəliliyinə qurban ola bilməz. Bunu başa düşməmək üçün gərək axmaq olasan”, - deyə Kiviryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR