İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu xəbərlə ÇALXALANIR

2836 17.07.2024 13:19 Son xəbər A A

“Ermənistanın yüksək rütbəli məmurları dərhal və birlikdə uzunmüddətli məzuniyyətə getməyə qərar veriblər”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 10-dək məzuniyyətdə olacaq. Mətbuat katibinin sözlərinə görə, bu arada o, Londonda keçiriləcək tədbirdə iştirak edəcək, daha sonra Tavuş və Armavirə səfər edəcək. Parlamentin spikeri Alen Simonyan 20 gün - iyulun 16-dan avqustun 5-dək məzuniyyətdə olacaq. Onu iyulun 16-dan 22-dək parlamentin sədr müavini Ruben Rubinyan, iyulun 23-dən avqustun 5-dək isə parlament sədrinin digər müavini Akop Arşakyan əvəz edəcək. Maliyyə naziri 10 iş günü, baş nazirin müavini Mger Qriqoryan 9 günlük məzuniyyətə çıxıb. Xarici işlər naziri Ararat Mirzoyan da iyulun 22-dək məzuniyyətdədir.

Xatırladaq ki, bundan öncə Ermənistan prezidentləri maksimum 1-2 həftə tətilə gedəndə müxalifət lideri Nikol Paşinyan tribunadan “nə olub, daş daşıyırsınız, niyə məzuniyyətə gedirsiniz?” deyə qışqırırdı. Yeri gəlmişkən, Paşinyanın Avropa Siyasi Birliyinin Londonda keçiriləcək 4-cü sammitində iştirakı da gözdən pərdə asmaq üçündür. Paşinyan və onun qohumları bu il Böyük Britaniyada, daha doğrusu, Şotlandiyada istirahət etmək qərarına gəliblər ki, bunun üçün Ermənistan səfirliyi, İngiltərədəki strukturlar son aylarda sıx şəkildə hazırlanır” - deyə qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR