İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxır? 

654 01.03.2024 16:36 Son xəbər A A

“Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistanın gündəmində deyil”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Antalyada keçirilən forumda söyləyib.

“Xeyr, belə bir məsələ gündəmdə deyil”, - deyə Rubinyan bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar isə Aİ-nin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı qərarına hörmətlə yanaşdığını söyləyib.

“Aİ nöqteyi-nəzərindən, biz Avropa İttifaqının qərarlarına tamamilə hörmət edirik. Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmaq qərarına gəldi və biz bunu nəzərə alaraq münasibətlər qurmağın yolunu tapdıq. Burada biz mövcud kontekstdə əlaqələrimizin inkişafı üçün potensial görürük”, - deyə Klaar qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR