İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan aviaşirkəti uçuşları dayandırdı – Yalnız Rusiyaya uçurdu

687 29.01.2024 22:59 Dünya A A

Ermənistanın “Fly Arna” aviaşirkəti uçuşları dayandırıb. Aviaşirkətin yaydığı məlumata görə, bu addım əməliyyat dəyişiklikləri ilə əlaqədar atılıb.

"Fly Arna aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri ilə əlaqədar olaraq hazırda dayandırılıb. Aviaşirkət öz sərnişinləri üçün xidmətləri tez bir zamanda bərpa etməyə çalışır", - məlumatda deyilir.

Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. Təsisçiləri Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın Dövlət Maraqları Fondudur. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirirdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR