Ermənistanın mövcud şərtlər daxilində özünün geosiyasi statusunu Aİ-yə guya üzv olacağı ilə yüksəltmək iddiası xülyadır; Rusiya erməniləri Qafqaz qaydalarına zidd getməkdə şuçlayır
Rusiya mediasında Ermənistan hökumətinin Avropa İttifaqına üzvlük prosesinin başlanmasını təsdiqləməsi barədə yazısına diqqətçəkən sərlövhə qoymuşdu:
“ Ermənistan Qafqaz qaydalarına zidd getdi”. Rusiya mediasının başlığının açması o deməkdir ki, Ermənistan Qafqazda yazılmamış qaydaları pozub, yəni siyasətdən kənarda ifadə ilə desək, qafqazlı kişiyə yaraşan hərəkət etməyib. Əslində, bu sərlövhə Ermənistanın son illər Qafqazda apardığı siyasətə verilmiş çox yumşaq addır, rusca da, Azərbaycan dilində də ermənilərin hərəkətlərini daha dəqiq ifadə edən çox sözlər var...
Ermənistanın konkret son 35 ildə Azərbaycana qarşı etdikləri də nə kişiliyə, nə qonşuluğa yaraşan idi. Amma Rusiya o vaxtı bunu görməzdən gəlirdi. Ruslar Qafqazı və qafqazlıları əlbəttə indi tanımırlar, onlarla vuruşublar da, birgə dövlətləri də olublar. Amma ermənilər Qafqaz xalqları sırasında Çar imperiya zamanında da, SSRİ dönəmində də, ondan sonrakı 35 illik müstəqillik vaxtında da Rusiyaya həmişə “bir köynək daha yaxın olublar”.
Ermənistanın Avropa İttifaqına qoşulma prosesinin başlanması uzun yolun hələ başlanğıcıdır, bəlkə də “axırıncı yoldur”. Məsələn, Gürcüstan o yolun yarısından qayıtdı, Ukraynaya vəd verdilər, əvəzində isə ölkələrini viran qoydular. İndi Ermənistan Brüsselə aparan yola çıxmağa cəhd edir. Hələ qərar parlamentdən keçməli, sonra referendum olmalı, sonra Avropa İttifaqına üzvlüyə namizəd, şərtlər və daha nələr... Referendumda Aİ-yə üzvlük prosesinin lehinə səs verilməsi İrəvanla Moskva arasında gərginliyi artıra bilər. Ermənistanın MDB və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərə aydınlıq gətirməsi zərurəti yaranacaq.
Kreml yumruğunu gizlində düyünləsə də, bu qərarı Ermənistanın suveren hüququ adlandırıb, lakin İrəvana eyni zamanda Aİ və Aİİ-də olmağın mümkünsüzlüyünü xatırladıb. Ermənistan çoxdandır ki, bu cür haça-paça vəziyyətdədir, "it hürən" , yoxsa "qəzəbli ayı" arasında seçim edə bilmir. “İşıq gələn”(Azərbaycan) tərəfi seçmək kimi müstəqilliyi yoxdur.
Rusiyanın son qərara reaksiyasından belə anlaşılır ki, əsas qəzəbləri Paşinyanadır. Hesab edirlər ki, erməni xalqı Rusiyaya düşmən etmək istəyən də Ermənistanın baş naziridir. Paşinyan əlbəttə ki, Qərbin projesidir, onu 2018-ci ildə küçədən hakimiyyətə Ermənistana “dimdiyində”nə demokratiya, nə regiona təməlli sülh təmin etmək üçün gətirmişdilər. Paşinyan onlara məhz ona görə gərək idi ki, lazımı vaxt yetişəndə Rusiyaya qarşı qoysunlar. O səbəbdən dəstəyi var. Gürcüstanla Aİ arasında gərginlik İrəvanın işinə yarıya, gürcülərdən kəsdikləri maliyyəni Ermənistana yönəldə bilərlər. Avropa İttifaqının müəyyən bir dövləti müxtəlif inteqrasiya səviyyələrinə qəbul etmək standartları var. Amma belə görünür ki, Ermənistan nə qədər çox anti-Rusiya kursu yeritsə, Qafqazda təməlli sülh prosesinə qarşı çıxsa, Brüsseldən bir o qədər üstünlüklər və “ənan” alacaq. Ermənistan kimi sürüşkən bir dövlət üçün məsələn, Avropa İttifaqını yarıyolda qoymaq, Qərbi satmaq, eləcə də Rusiyaya yenidən qucaq açmaq prinsipial məsələ deyil.
Rusiya dünəndən Ermənistanı ən müxtəlif səviyyələrdə “vurmağa” başlayıb. İqtisadi məsələlər üzrə baş nazirin müavini Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxacağı halda enerjidaşıyıcıların qiymətinin artması ilə hədələyib. Rusiya mediasında isə İrəvanı Azərbaycan, eləcə də Türkiyə ilə “qorxutmaq” cəhdləri artıb. “Ermənistana iqtisadi risklərlə yanaşı, hərbi risklər də var. Bakı mütəmadi olaraq Avropa ölkələrinin İrəvana silah tədarükündən narazılığını bildirir və bunun Azərbaycan üçün təhlükə yaratdığını bildirir. Yanvarın 8-də ölkə prezidenti İlham Əliyev bəyan edib ki, ölkə Cənubi Qafqazda sülh və əməkdaşlığa, Ermənistan isə buna maneə olmağa çalışır” deyə, belə yazıların birində deyilir. Ermənistanın Rusiyanı KTMT-dən (“Putin NATO”su)çıxmaqla hədələməsi də son günlər tez-tez yada salınır və yenə İrəvanın canına qorxu düşür. Xəbərdarlıq edilir ki, Ermənistan KTMT-dən çıxarsa, regionda müdafiəsiz qalacaq. Əslində, Avropa İttifaqı ildən-ilə bütün əsas məsələlərdə NATO ilə əlaqələndirərək iqtisadi təşkilatdan hərbi təşkilata çevrilib.
Beləliklə, Ermənistanın mövcud şərtlər daxilində özünün geosiyasi statusunu yüksəltmək iddiası hər şeydən əvvəl xülyadır.
Ötənlərdə Paşinyan sosial şəbəkədə qəribə və hətta əcaib paylaşım etmişdi. “Sosial psixologiya nöqteyi-nəzərindən əsas problemlərimizdən biri budur: erməninin sonrakı ağlını irəliyə keçirmək”. Paşinyanın bu statusu hansı səbəbdən yazdığı bilinmirdi, lakin sosial mediada onu lağa qoyanlar da az deyildi. Paşinyan “ermənini sonrakı ağlına” güvəndiyini deyir. Amma Azərbaycan xalqının bəxt gətirib ki, bu xalq doğurdan da bizə düşmən yaransa da, ağıl sarıdan xəstədirlər. Məsələn, erməni güzgünün qarşısında özünə baxıb Avropa İttifaqı xəyalları qura bilər. Amma bu ağılla onların Aİ-də işləri olmamalıdır. 30 il Azərbaycanın torpaqlasrını işğaldan saxlamaq bir kənara, doğurdan bu zehniyyətin Avropa Birliyində nə işi?