İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Avropa İttifaqına münasibəti BİLİNDİ 

627 10.07.2024 15:10 Son xəbər A A

Ermənistanda sorğuda iştirak edən respondentlərin 34,2%-i Ermənistanın Avropa İttifaqına üzv olmaq üçün mütləq səy göstərməli olduğunu bildirib.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, sorğuda iştirak edənlərin 22,5%-i bununla bağlı ünvanlanan suala “bəli”, 13,7%-i “yox”, 19,1%-i “qətiyyən yox” cavabını verib.

Bu barədə jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan danışıb.

O, respondentlərin 10%-nin bu suala cavab verməkdə çətinlik çəkdiyini izah edib:

“Respondentlərin 28,8%-i hesab edib ki, Ermənistan Aİİ-dən çıxmaq bahasına olsa belə, mütləq Avropa İttifaqına üzv olmağa çalışmalıdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR