İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qızıl Xaça vaxt qoydu - VİDEO

932 31.07.2023 14:50 Region A A

İrəvan universitetlərinin bir qrup tələbəsi Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin girişini bağlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlar təşkilat rəhbərliyi ilə görüş tələb edirlər.

“Biz 10 nəfərlik qrupla ofisə girəcəyik” deyən etirazçılardan biri tələblərinin yerinə yetirilməsi üçün saat 17:30-a qədər gözləyəcəklərini bildirib.

Ermənilər hələ də Xocalı cəlladı Vaqif Xaçaturyanın ələ keçməsində Qırmızı Xaç Komitəsini suçlayırlar.

“Bu struktur vətəndaşların təhlükəsizliyini təmin etmək iqtidarında deyil, ona görə də fəaliyyətini tənzimləyənə və Azərbaycanın siyasətinə töhfə verməkdən əl çəkənə qədər onlarla əməkdaşlıq dayandırılmalıdır. BQXK fəaliyyət göstərmək üçün beynəlxalq təhlükəsizlik qüvvələrinə müraciət etməli idi”, - deyə etirazçılardan biri yerli mediaya danışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR