İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Moskvada döyüşçü əsgəri döyüblər - "Rusiya icması" hiddətlidir

772 30.01.2024 14:00 Dünya A A

Moskva yaxınlığındakı Çexov şəhərində ermənilər Ukrayna müharibəsinin iştirakçısını döyüblər. Onun yaralandıqdan sonra müalicə üçün Moskva vilayətinə məzuniyyətə gəldiyi məlum olub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hadisə yanvarın 13-dən 14-nə keçən gecə “Voyage” kafesində baş verib.

Kafenin 38 yaşlı direktoru Rudikin sözlərinə görə, münaqişə “40 saniyənin içində” başlayıb. O bildirib ki, iki erməni mülki geyimli şəxsi “itələyib” və bu, davaya səbəb olub.

Direktor döyüşçünün bir dostu ilə kafedə istirahət etdiyini, lakin dava başlayanda onun müdafiəsinə qalxmadığını, sadəcə "o, FTX-dəndir" deyə qışqırdığını söyləyib. Nəticədə Rudik və müəssisənin digər işçiləri əlbəyaxa davaya müdaxilə etmək məcburiyyətində qalıblar.

“Biz rus oğlanının müdafiəsinə qalxdıq, halbuki özümüz də erməniyik. Amma mənim üçün buranın direktoru kimi adamın erməni, rus və ya başqa millətdən olmasının fərqi yoxdur. Həmin axşam ermənilər haqsız idi: çünki onlar iki nəfər idi, rus isə tək.

Rudik izah edib ki, onlar hərbçini qoruyub, paltardəyişmə otağına aparıblar, hücum edənləri isə binadan qovublar.

İnternet resurslarında baş verənlərin başqa bir versiyası da yayılıb.

Sözügedən insidentdə döyüşçünün təxminən 12-15 nəfərin hücumuna məruz qaldığı iddia olunur. Bundan əlavə, onların fikrincə, münaqişəyə səbəb onun döyüş əməliyyatlarında iştirakı olub.

Daha sonra hərbçinin dava nəticəsində yaralandığı və müalicəsinin davam etdiyi barədə də məlumat yayılıb. Təşkilat xəsarətlərin diaqnozu və şiddəti ilə bağlı təfərrüatlı məlumat verməyib. Münaqişədən on gün sonra “Rusiya icması” əsgəri evdə necə ziyarət etdiyi barədə videoreportaj yayıb. Görüntülərdə əsgər özünü daha yaxşı hiss etdiyini bildirib və köməyə görə könüllülərə təşəkkür edib.

Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn isə öz növbəsində iddia edib ki, bir qrup şəxs Ukrayna müharibəsində yaralanmış əsgəri döyərək “sizin işinizi orada bitirməyiblər, biz burada bitirəcəyik” deyə qışqırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR