İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər küçələrdə: axın-axın Respublika meydanına yürüyürlər - VİDEO

2469 12.05.2024 18:28 Region A A

Erməni Apostol Kilsəsinin başlatdığı etirazlar gözlənilməz şəkildə geniş vüsət alıb.

Musavat.com xəbər verir ki, "Tavuş naminə Ermənistan" adlı aksiyalar sərhəd bölgələrindən start götürəndə bu miqyasda deyildi.

10 may tarixindən etibarən İrəvana transfer etdirilən etiraz aksiyaları paytaxtda geniş ictimai dayaq tapıb.

Paşinyan hökuməti 11 mayda aksiyaçılara qaba güc tətbiq etsə də, bu, iqtidarın istefasını tələb edən etirazları dayandıra bilməyib.

12 may tarixində isə etiraz aksiyaları yenidən vüsət götürüb.

Musavat.com-un Ermənistan mediasından axşam saatlarında götürdüyü bu videodan da aydın olur ki, narazı ermənilər sıx kolon şəklində Abovyan küçəsi ilə Respublika Meydanı adlanan mərkəzi meydana yürüş edirlər.

Bəzi iddialara görə, bu yürüşün arxasında erməni kilsəsi və Kremllə yaxşı münasibətləri olan sabiq prezident Robert Köçəryan dayanır.

Musavat.com İrəvanın Respublika Meydanında keçirilən bugünkü aksiyadan görüntüləri təqdim edir:

Qeyd edək ki, dünəndən etiraz aksiyalarının lideri keşiş Baqrat Srbazanın adından ermənilərə bu məzmunda müraciət yayılmışdı: "Bu gün çox mühüm mitinq keçiriləcək, çox vacib mesajlar veriləcək. Arxiyepiskop Baqrat Qalstanyan hamını saat 18:30-da Respublika meydanına dəvət edir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR