İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni türkoloqdan SENSASİON AÇIQLAMA: “Bir neçə gündən sonra “Artsax”...”

4998 20.09.2023 17:33 Region A A

“Məndən sonra nə olacağını soruşurlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyan öz feysbuk səhifəsində yazıb.

1. Ermənilərin Qarabağdan demək olar ki, tamamilə çıxarılması. Bir neçə gündən sonra “Artsax” (qondarma quruma qoyulan uydurma ad - red.) olmayacaq.

2. Ermənistanla Azərbaycan arasında bir neçə bənddən ibarət olan sazişin imzalanması.

3. Ermənistanın Tavuş, Ararat və Vayots Dzor bölgələrində yeni ərazilərin Azərbaycana verilməsi - “anklavlar” adı altında.

4. Azərbaycan və Türkiyəni Sünik və Tavuşdan keçən dəhlizlə təmin etmək. Bunlardan biri də Zəngəzur dəhlizi olacaq.

5. Azərbaycanlıların və türklərin Ermənistan Respublikası ərazisində kütləvi şəkildə məskunlaşdırılması, onların hüquqlarının təmin edilməsi (Azərbaycan-Türkiyə təminatları əsasında)

6. Ermənistan Respublikası Silahlı Qüvvələrinin ixtisarı, atom elektrik stansiyalarının bağlanması, təhsil sistemində dəyişikliklər.

7. Ermənistan Respublikasının bir çox vətəndaşının “Azərbaycanın ərazi bütövlüyü” əleyhinə törətdiyi cinayətlərə görə (yəni ordudakı xidmətlərinə görə) təqib edilməsi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR