İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni soyqırımı”nı tanımaq qərarını geri oxuyan türk mənşəli İzyum şəhəri

1596 24.03.2022 14:48 Gündəm A A

Xarkov vilayətinin üçüncü ən böyük şəhəri qədim tarixə və strateji əhəmiyyətə malikdir

Rusiya-Ukrayna müharibəsində adı ən çox çəkilən şəhərlərdən biri də Xarkov vilayətinin inzibati ərazisinə daxil olan İzyum (daha sadə və diləyatımlı variant Üzüm) şəhəridir. Müharibənin ilk günlərindən hücuma məruz qalan bu şəhərin gah Rusiyanın, gah da Ukraynanın nəzarətinə keçdiyi barədə xəbərlər yayılır. Ukrayna tərəfi ilk günlərdən İzyumu strateji mövqeyinə görə mühüm şəhər adlandırıb. Martın 24-də Rusiya Müdafiə Nazirliyi şəhərin onların nəzarətinə keçdiyini bəyan edib. Ukrayna tərəfi isə bu məlumatı rəsmən təsdiqləməyib. 

Musavat.com oxucularına adı qulağa doğma gələn bu şəhər haqda internet resurslarından topladığımız maraqlı məlumatları təqdim edirik. 

Kharkiv_oblast_detail_map.png (24 KB)

Şəhərin adının mənası 

 Vilayətinin üçüncü ən böyük şəhəri olan İzyum  Xarkovdan 138 km məsafədə yerləşir. Şəhər ətrafındakı meşələrin sahəsi təxminən 60 min hektardır, bunun 430 hektarı şəhər daxilindədir. Şəhərin adı türk mənşəlidir və etimal olunur ki, qazax dilində  “ozen” (çay) və ya tatar dilində “üzen” (aran) mənasını verir.   Şəhər adının Aramey dilindən “izum” (başlamaq, yaratmaq) sözündən yaranması versiyası da var. 17-ci əsrdə şəhərin yaxınlığında üzüm becərildiyi üçün adın oradan yarana biləcəyi də deyilir.  

1680-ci il sentyabrın Rusiya çarı İzyum qalasının tikintisi haqqında fərmanı verib. Tikilən qala İzyumun müdafiə xəttinin bir hissəsi kimi nəzərdə tutulur.  1680-ci ilə aid arxiv sənədlərində İzyum şəhəri adına rast gəlinir. İzyumun indiki mərkəzi hissəsi keçmiş "böyük şəhər" adlanan hissədən qalanlardır. “Şəhər” sözü bugünkü şəhər anlayışında deyil, qapalı mənasında işlənmişdir. 

1918-ci ilin fevralında cəmi 18 min əhalisi olan şəhərdə sovet hakimiyyəti  quruldu, lakin aprelin 17-də şəhər Avstriya-Almaniya qoşunları tərəfindən işğal edildi. 1918-ci il noyabrında Avstriya-Almaniya işğalçılarına qarşı üsyan başladı. 1919-cu ilin yanvarında İzyumda sovet hakimiyyəti bərpa olundu. 1932-ci ildən İzyum Xarkov vilayətinin tərkibindədir.

dsfsdf.JPG (60 KB)

II  Dünya müharibəsi illərində İzyum dəfələrlə döyüş meydanına çevrilib. 1941-ci il oktyabrın sonundan cəbhə xətti şəhərdən və İzyum şəhərindən keçirdi. İzyumdə döyüşlər 1942-ci ilin may ayına qədər davam etdi. 1942-ci ilin yayında şəhər alman qoşunları tərəfindən işğal edildi. Şəhərin işğalını 1943-cü ilin fevralında sovet qoşunları sonlandırdı.  

 Üzüm (kişmiş) təsvir edilən gerbi 230 ildən çox tarixə malikdir. 1781-ci ildə şəhərin əvvəllər də mövcud olan gerbi Rusiya imperiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.  

Maraqlıdır ki, İzyumun gerbində 18-ci əsr rəssamı qırmızı üzüm  çəkib. Şəhər şurası tərəfindən təsdiq edilmiş 1990-cı illərin gerbində artıq yaşıl üzümlər təsvir edilib.  

800px-Coat_of_Arms_of_Izium.svg.png (131 KB)

Qondarma soyqırım qərarı və... 

 Türk  mənşəli İzyumun şəhər Şurası 2019-cu ilin dekabrında qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul edib. Yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti olmasa da, İzyum Şəhər Şurası nədənsə, belə qanunsuz qərara verib. Yalnız Krımın azərbaycanlı icmasının apardığı iş sayəsində cəmi bir neçə ay sonra-2010-cu ilin aprelində İzyum meri Şəhər Şurasının qərarını ləğv edib. Bu, həm də bütün dünyada qondarma “erməni soyqırımı”nın tanınması barədə qərarın ləğvinə dair ilk fakt kimi tarixə düşüb. 

 Maraqlıdır ki, rəsmi məlumatlarda İzyumda erməni əhalinin çoxluğu və ya şəhərdə erməni mərkəzlərinin olması barədə rəsmi bilgi yoxdur. Ukraynada rəsmən “erməni genosidi” sözünün işlənməsi qadağan edilsə də, uzun illər bu ölkənin daxili işlər naziri olmuş, erməni əsilli Arsen Avakov ölkədə öz ermənipərəst mövqeyini sərgiləməkdən çəkinməyib... 

Orxan ƏLİYEV, 
Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR