İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni şərqşünas Armen Petrosyan: “Baş verənlər müharibəyə doğru aparır”  

830 06.09.2023 18:18 Region A A

 


“Regionda aşkar və görünməyən proseslər gedir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni şərqşünas Armen Petrosyan yazıb. Petrosyan öz arqumentlərini aşağıdakı kimi sıralayıb:

  1. Azərbaycan və Türkiyə sərhədində qoşunların toplanması fonunda məqsədyönlü şəkildə diplomatik, təbliğat, psixoloji kampaniya yürüdülür. Yeni müharibə təhlükəsi altında, hərbi diplomatiyadan istifadə etməklə Ermənistanın sıxışdırılmasına cəhd edilir. Azərbaycan İrəvanı mübahisəli məsələlərdə birtərəfli güzəştlərə (buraya Qarabağ, , Sünikdən keçən dəhliz və s. aiddir) getməyə məcbur etmək istəyir.
  2. Ola bilər ki, Azərbaycan Qarabağda dövlət hakimiyyətinin (Petrosyan rus sülhməramlılarının nəzarət zonasında oyuncaq və qondarma qurumu belə təsvir edir-red.) tam şəkildə həyata keçirilməsinə mane olmağa çalışsın.
  3. Putin-Ərdoğan görüşünün ictimaiyyət üçün açıq hissəsində Cənubi Qafqazın problemlərinə geniş yer verilməməsi bu istiqamətdə geniş müzakirələrin və kölgə razılaşmalarının olmadığı anlamına gəlmir. Bir qayda olaraq, bu tip müzakirələr haqqında açıqlama verilmir.
  4. Rusiya ilə Ermənistan arasında gərginliyin artması regionda yeni müharibənin başlanması ehtimalına, eləcə də Ermənistan daxilində daxili siyasi gərginliyin yaranması ehtimalına öz töhfəsini verir.
  5. Hazırda müxtəlif aktyorların vasitəçiliyi ilə pərdəarxası aktiv danışıqlar gedir. Danışıqların uğursuzluğu yeni müharibə üçün yaşıl işıq olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR