İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatizminin “tabut”una son mismar belə vurulacaq!

844 20.05.2023 10:52 Siyasət A A

Paşinyanın tək bir yolu qalıb; Bakının “torpaq əvəzinə sülh” formulu gerçəkləşir; türkiyəli general: “Ermənistan bunu etməsə, öz-özünü yox edəcək...”

Artıq gün kimi aydındır ki, ermənilər və dünya erməniliyi üçün “miatsum” qatarı gedib. Özü də geridönməz şəkildə. Ermənistandakı və Qarabağdakı haylar bunu nə qədər tez dərk eləsələr, bir o qədər erməni anaları sink tabutlar az alar.

Deyəsən, bunu az-çox anlayan yenə elə Nikol Paşiyan və komandasıdır. Ona görə yox ki, Azərbaycanla sülhdən ötrü əldən gedir və ərazi iddiasından həmişəlik əl çəkiblər, o səbəbdən ki, sadəcə, buna məcbur və məhkumdurlar, kapitulyant tərəfin başqa çıxış yolu qalmayıb. Əks halda, 29.8 min kv km-lik ərazidə Ermənistan adlı saxta dövlətin varlığı da sual altına düşəcək.

Qısası, “torpaq əvəzinə sülh”. Bakının on illərdir təklif elədiyi böyük anlaşma formulu bunlara indi-indi çatır. 35 ildən sonra (1988), nəhayət, Ermənistanın indiki rəhbəri Nikol Paşinyan  “Qarabağ Azərbaycandır” bildirir və Azərbaycanın ərazi bütövlüyünü SSRİ-nin çöküşü ərəfəsindəki 86,6 min kvadrat kilometr civarında tanıdığını bəyan edir.

Xəbər verildiyi kimi, bu barədə o, mayın 17-də Reykyavikdə Avropa Şurasının sammitində çıxışı zamanı söyləyib. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi bundan öncə də dəflərlə ərazi bütövlüyümüzü tanıdığını söyləyib, lakin Paşinyan 86.6 min kv km rəqəmini ilk dəfədir dilə gətirir. Bu da o anlama gəlir ki, rəsmi İrəvan keçmiş DQMV ərazisini də Azərbaycanın tərkib hissəsi sayır.

Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub -  31.08.2022, Sputnik Azərbaycan

Ondan bir gün sonra -  martın 18-də hökumətin iclasında Nikol Paşinyan Brüsseldə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb və qeyd edib ki, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin yekun mətninin formalaşdırılmasına imkan verəcək. Paşinyana görə, növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üzrə hüquqi əsasların identifikasiyası olmalıdır.

Qalır indi öz dediklərini sənədləşdirmək və altına imza qoymaq. Yəni Ermənistanın ölkəmizə həqiqətən də ərazi iddiasının olmadığını konkret ikitərəfli sülh sənədi ilə və ya çərçivə sazişi ilə təsdiqləmək. Fərq eləməz, o sənədi Nikol lap 10 noyabr (2020) üçtərəfli Bəyannamə kimi haradasa gizlin imzalasın. Əsas odur ki, imza atsın və ardınca Ermənistan parlamenti onu ratifikasiya eləsin. Çünki ermənilər sözünə etibar ediləsi məxluqat deyil.  

Bu perspektiv çox da uzaq görünmür. Müşahidələr göstərir ki, hətta 2023-cü il ərzində, enində-sonunda belə bir yazılı anlaşmanın əldə olunması mümkündür. Bununla da Qarabağdakı erməni separatizminin “tabutu”na sonuncu mismar da vurulmuş olacaq. Əks halda, Bakı bunu özü edəcək. Bir də Ermənistan bilməlidir ki, Azərbaycan bir daha onunla Qarabağ sözü keçən hər hansı sənəd imzalamayacaq. Sonuncu belə sənəd 10 noyabr kapitulyasiya aktıdır...

*****

“Nikol Paşinyan bilir ki, Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə sülh əldə etməkdir”.

Bu barədə Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib (Trend).

Yaşasın Muzaffer Azerbaycan Ordusu! » BAYRAQDAR MEDİA

Yücel Karauz

Amma onun sözlərinə görə, öz xalqını razı salmaq, havadarlarını məmnun etmək üçün Paşinyana vaxt lazımdır. “Əsas vaxtda da xalqın bu reallığı qəbul etməsi gərəkdir. Paşinyan sülhpərvər açıqlamalar verməkdənsə bu yöndə praktik addımlar atmalıdır. Ona da gücü çatmır. Ölkədə xalqı və ordunu idarə etməyə o, qadir deyil. Xalqın içində pulunu fərqli ölkələrdən alan xariclə əlaqəli güclər var. Həmin güclər xalq arasında iğtişaş yaradır. Paşinyan Qarabağın Azərbaycan olduğunu qəbul edirsə, oradan qanunsuz silahlı birləşmələri çıxarmalı, onlara silah-sursat daşınmasını dayandırmalı, mina döşənməsinə son verməlidir. Azərbaycanın da səbrinin həddi var”, - deyə ekspert vurğulayıb və əlavə edib ki, Ermənistan Bakı və Ankara ilə sülhü təmin etməsə, öz-özünü yox edəcək.

“Brüsseldəki son görüşdə Praqa görüşündə artıq razılaşdırılan müddəalar təsdiqlənib. Burada yeganə əlavə Azərbaycan və Ermənistanın ərazisinin konkret rəqəmlərdə göstərilməsi olub. Bu o anlama gəlir ki, Azərbaycanın ekoloqlarının aksiyası başlayanda artıq təslim olmaq məsələsi razılaşdırılıb”.

Bunu isə erməni politoloq Yervand Bozoyan söyləyib.

Onun fikrincə, Rusiya həqiqətən də Qarabağda məsələnin təxirə salınmasında maraqlı olub. Çünki bu, ona sülhməramlı missiyasını genişləndirmək imkanı verəcək və müvafiq olaraq Azərbaycana müəyyən təsir göstərmək imkanı verir: “Lakin eyni səbəbdən, Qərb Qarabağın Bakının nəzarəti altına tezliklə keçməsində maraqlıdır. Çünki belə olan halda sülhməramlı missiyanın uzadılması üçün heç bir əsas olmayacaq və artıq 2025-ci ildə Rusiya ordusu regionu tərk edəcək”.

*****

Şübhə yox ki, gözlənilən belə bir acı aqibəti hiss elədikləri üçün erməni radikal-revanşistlər və separatçı tör-töküntüləri neçə gündür yas və isterika içindədirlər. Sülh sənədini əngəlləməkdən ötrü axırıncı “patronları”nı atmağa başlayıblar.

Onlardan biri də neçə vaxtdır qaçıb aradan çıxa bilməyən və hələ də Qarabağda sülənən erməni oliqarx-dələduz, Moskvanın uğursuz “projesi” Ruben Vardanyandır. Srağagün o, öz soydaşlarını qızışdırmaq üçün daha bir cəhd edib. Deyib ki, “Arsaxı təslim eləmək Ermənistanı verməklə eynidir”.

TƏCİLİ! Ruben Vardanyan Qarabağdan qovulur

Yəni guya sülh sənədi imzalanandan sonra Azərbaycan Ermənistana hücum edəcək. Əlbəttə ki, absurddur. Daima beynəlxalq hüquqa, BMT Nizamnaməsinə sayğı tələb edən Azərbaycan, nə qədər qondarma dövlət olsa da, Ermənistan adlı dövlətin varlığını 29.8 min kv km-lik ərazidə qəbul edir. 14 may Brüssel görüşü bunu bir daha isbatlayıb.

Odur ki, Ermənistanın sonrakı mövcudluğu barədə onu və erməni xalqını rəzil günə salanlar düşünsünlər. Zatən, Ermənistan nə vaxt müstəqil olub ki? Həmişə əldən-ələ keçib də. Bizdən ötrü ən önəmlisi isə vardanyanlarsız, babayanlarsız, arutunyanlarsız Qarabağın qeyd-şərtsiz və tam olaraq Azərbaycanın suverenliyi altına keçməsidir. Proses labüd olaraq ona doğru gedir. Arada sürətlənə, zəifləyə bilər. Amma heç vaxt dayanmayacaq və uzağı, 2025-ci ilin noyabrında ona yağlı bir nöqtə qoyulacaq...

Analitik xidmət,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR