İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlərin 11 aprel hiyləsi - Qarabağa keçməyə hazırlaşırlar

1321 08.04.2023 10:22 Gündəm A A

Paşinyan müxalifətin əli ilə aranı qarışdırmaq istəyir

Havaların yavaş-yavaş istiləşməsi ilə radikal erməni revanşistlərin və şovinistlərin beyni də qızır. Yenə “qan-qan” deməyə başlayıblar. Artıq “müharibə partiyası” Daşnaksütyun və digər revanşist qüvvələr İrəvanda Nikol Paşinyan əleyhinə yeni etiraz hərəkatına qərar veriblər. İlk mitinq keçirilib. Lakin söhbət təkcə Ermənistandan getmir. 

“44 günlük müharibədə ölən hərbçilərin valideynləri, ”Birgə" hərəkatının üzvləri və baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar aprelin 11-də saat 18:00-da növbəti etiraz aksiyası keçirəcəklər".

Bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib.

Aram Sərkisyan: "Ermənistanın müstəqilliyinə son qoyuldu"

Aram Sərkisyan ardınca bildirib: “Biz Qarabağa getməyə də borcluyuq. Qaregin Njdenin abidəsinin yanından Xankəndiyə gedəcəyik. Öz maşını ilə gələ bilən hər kəsi bizə qoşulmağa dəvət edirik. Əgər indiki hakimiyyət xalqımızı qoruya bilmirsə, biz bunu özümüz edəcəyik. O (Paşinyan - red.) deyir ki, aprelin 1-dən alternativ yol açıqdır. Gedək görək belədirmi?”

Aydındır ki, Rusiya sülhməramlıları Azərbaycanla hər hansı dialoqu rədd edən bu ultramillətçi təxribatçıları himayə eləməsə, onların Qarabağa keçməsi mümkün olmayacaq. Rusiya isə indiki həssas mərhələdə çətin ki, Bakının əsəbləri ilə oynasın. Belədirmi? Ruslar təxribatı önləyəcəkmi?

İlyas Hüseynov: Urmiya gölünün qurudulması siyasi prosesdir - AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibədən sonra Ermənistanda Nikol Paşinyana qarşı mitinqlər əsasən yazda havalar isindikcə başlayır: “Bu, təsadüf deyil. Belə mitinqlər əslində Nikol Paşinyanın özünün marağındadır. Paşinyan Qərbdəki dəstəkçilərindən daha çox dəstək qazanmaq üçün mitinqlərin keçirilməsində maraqlıdır. Ölkədə xaos yaranması, çevriliş təhlükəsinin olduğunu, Rusiyaya bağlı müxalifətin baş qaldırdığını, hakimiyyəti dəyişmək istədiyini Qərbə göstərməklə Paşinyan özünə dəstəyi daha da gücləndirmək istəyir. O, keçirilən yürüşlərdən, mitinqlərdən özünün maraqları üçün həmişə istifadə edir.

Nikol bilir ki, bu gün də etiraz çağırışları öz nəticəsini verməyəcək, onun hakimiyyətinə real təhlükə yaradacaq gücü ortaya qoya bilməyəcək. Çünki xalqı mitinqə çağıranlar həmin marginal qrupdur, ciddi dəstəyə sahib deyil. Nikol Paşinyana mitinqlər həm də ona görə sərf edir ki, bu mitinqləri Azərbaycanla sülh sazişi danışıqlarından yayınmaq üçün bəhanə göstərsin".

Ekspert qeyd etdi ki, Ermənistandakı “Birgə” hərəkatının Qarabağa getmək niyyətləri isə çox ciddi pozuculuq və destruktiv elementləri özündə ehtiva edir: “Əgər Azərbaycanın iradəsinə qarşı olaraq Qarabağa qanunsuz səfər etmək cəhdi olacaqsa, bu, çox böyük problemlərə gətirib çıxara bilər. Rusiya sülhməramlı qüvvələri bu cür səfərlərin qarşısını almalıdır. Almaq istəməsə, bu da əlavə daha ciddi problemlərə yol aça bilər. Rusiya sülhməramlıları bu məsələdə öz üzərlərinə düşən missiyanı düzgün yerinə yetirməyə borcludurlar.

Həmin hərəkatın üzvləri Azərbaycan sərhədindən içəriyə daxil olcaqlarsa, bu o deməkdir ki, məhz rus sülhməramlılar onları içəriyə buraxıb, onlara şərait yaradıb. Azərbaycan öz ərazisinə qanunsuz daxil olma cəhdlərinin, qanunsuz daxil olanların qarşısını ciddi şəkildə alacaq. Azərbaycanın bu hüququ var. Ordumuz təhlükəsizliyi qorumaq üçün sərt addımlar ata bilər.

“Birgə” hərəkatının Qarabağa getmək çağırışlarının da arxasında İrəvanın aranı qarışdırmaq istiqamətində planlarının və ya maraqlarının dayandığı istisna deyil. Rəsmi İrəvan bu cür ara qarışıdırmaq planlarını müxalifətin əli ilə icra edə bilər. Azərbaycan hər bir halda ayıq-sayıq olmalıdır və preventiv tədbirlərini həyata keçirməlidir".

Rusiyanın yeni planı uğurlu olacaq?-Politoloqdan ŞƏRH - Editor.az

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, bir qrup rəvanşist hərbçilərdən ibarət “Birgə” hərəkatı adlanan dəstənin baş nazir Nikol Paşinyana qarşı etiraz mitinqi təşkil etməsi, Qarabağa keçməklə bağlı çağırışları Ermənistanda Azərbaycana qarşı təxribatlara gedə biləcək qrupların fəaliyyətlərinin davam etdirdiyinin və ermənilərin yenidən ciddi qarşıdurma yaratmaq istədiklərini göstərir: “Bu əsasən banditlərdən və terrorçuların ailə üzvlərindən ibarət ”hərəkat"ın məram və məqsədi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına yeni əngəllər yaratmaq, Qarabağda yenidən silahlı təxribatlara getməkdir. Məhz onların Qarabağa yürüşü ilə bağlı çağırışları deməyə əsas verir ki, ermənilər dinc oturan deyillər. Ona görə də Azərbaycan ermənilərin hər cür təxribatçı fəaliyyətlərinə, hərəkətlərinə hazır olmalıdır.

Əgər Azərbaycan tərəfi indiyə qədər prinsipial mövqe ortaya qoymasaydı, Rusiya sülhməramlı qüvvələri onların Qarabağa keçidinə şərait yaradardı. Hazırda isə Azərbaycan özü yollara nəzarət edir. Yox, Rusiya sülhməramlı qüvvələri Azərbaycan-Ermənistan sərhədindən hər hansı istiqamətdən həmin “Birgə” hərəkatı deyilən dəstənin üzvlərinin keçməsinə şərait yaratsa, Azərbaycan çox sərt reaksiya verə bilər. Rusiya sülhməramlı qüvvələri qanunsuz keçidə şərait yaratmağa cəhd edərsə, Azərbaycan bunun qarşısını alacaq hüquqa sahibdir. Düşünürəm ki, əgər Nikol Paşinyan hakimiyyəti sülh sazişi danışıqlarından yayınmaq istəmirsə, Qarabağa başıpozuq hansısa dəstənin gedişinə imkan verməz. İmkan verəcəksə, deməli, Paşinyanın özü Azərbaycana qarşı yeni təxribatlarda və qarşıdurmanın alovlanmasında maraqlıdır.

Məncə, Ermənistanla Azərbaycan sərhədində polislər onların Azərbaycan sərhədini keçməsinə imkan verməyəcək. Çünki onlar ərazimizə daxil olarsa, Azərbaycan özü onları cəzalandırmaq hüququna malikdir. Artıq yollara və sərhədlərə Azərbaycan nəzarət edir. Rusiya sülhməramlı qüvvələri də bunu yaxşı bilir. Düşünürəm ki, Rusiya sülhməramlı qüvvələri o riskə getməyə cürət etməyəcək - erməni revanşistlərinin, təxribatçılarının Qarabağa keçdinə şərait yaratmayacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR