İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir: “Konyak məsələsini siyasiləşdirməyin”

1240 05.10.2023 15:35 Region A A

““Yuxarı Lars” keçid məntəqəsindən maşınlar keçir, amma hamısı yox. Bir gün əvvəl alkoqollu içkilər daşıyan onlarla yük maşını keçid məntəqəsindən keçib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan danışıb.

“Maşınların saxlanmasında hər hansı siyasi kontekstin olduğunu deməzdim. Nümunələr götürüldü və biz müayinənin nəticəsini gözləyirdik. Bu məsələni böyütmək lazım deyil”, - deyə Kerobyan bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan Ermənistandan Rusiyaya gedən içi konyakla dolu 60-a yaxın yük maşınının nəzarətin bitməsini gözlədiyini bildirmişdi. Rusiya tərəfinin Ermənistandan gələn konyaklara gömrük nəzarətini həyata keçirdiyi yayılan xəbərlər arasındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR