İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətçi: "Təcili olaraq indiki iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır"

574 06.07.2023 20:50 Region A A

"Bizim nəyisə gözləmklə bağlı heç bir siyasi qüvvə, partiya, qruplaşma ilə razılaşmamız yoxdur".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu iyulun 6-da jurnalistlərə müsahibəsində iyulun 5-dən etibarən tərəfdarları ilə birlikdə Baqramyan prospektində, prezident iqamətgahı qarşısında oturaq aksiya keçirən erməni müxalifətçi, keçmiş hakim və ombudsmanlığa namizəd Edqar Qazaryan deyib.

Jurnalistlər ona aksiyaya az insanın qatıldığını xatırladıblar: “Onlardan biri də mənəm. Niyə məyus deyiləm? Onlar məyus olsunlar”,-deyə Edqar Kazaryan bildirib.

Revanşist siyasətçinin sözlərinə görə, əgər Paşinyan Kərkini, Qarabağı Azərbaycana təslim etmək üçün danışıqlar aparırsa , o zaman Azərbaycan prezidentinin iqamətgahına getsin, çünki əsas qərarlar orada qəbul edilir.

“Bu, çox sadə məntiqi tələbdir. Amma təkbaşına bacarmıram. Hamımız birləşsək, bu problemi həll edə bilərik. Əks halda, bu şəxs Azərbaycan-Türkiyə gündəmini planını həyata keçirəcək. Əgər bu gün Qarabağ blokadadadırsa, o zaman İrəvan da blokadada ola bilər. Ona görə də ilk növbədə indiki hakimiyyəti aradan qaldırmaq lazımdır ”,-deyə oəlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR