İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni muzdlular və çağırışçılar Meğridə dərəyə yuvarlandı

1468 12.04.2024 19:07 Hadisə A A

Ermənistanda, 4 hərbçinin həyatına son qoyan qəza Meğridə baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Yayılan məlumatda ölən və yaralananlar arasında müqaviləli və çağırışçı əsgərlərin olduğu qeyd olunub.

Bundan əvvəl bildirilmişdi ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil aydın olmayan şəraitdə yoldan çıxaraq dərəyə aşıb.

Yeri gəlmişkən, son günlər Ermənistan şərti sərhədlərə canlı qüvvə və hərbi texnika daşıyır. Elə bu gün də bəzi istiqamətlərdən mövqelərimiz atəşə tutulub. İstisna deyil ki, muzdluları və çağırışçıları daşıyan “Ural” şərti sərhədlərə doğru hərəkət edərkən qəzaya uğrayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR