İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən savaş çağırışı: “Əgər hərəkətə keçilməsə Ermənistan üçün gec olacaq”  

1143 03.07.2023 13:48 Region A A

“Azərbaycan televiziyasında hücum təbliğatı aparılır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycan üzrə yerli ekspert Tatevik Ayrapetyan Telegram səhifəsində yazıb.

“AzTV telekanalı əhali arasında sorğu keçirərək, insanların yeni əməliyyata tərəfdar olub-olmadığını müəyyən etməyə çalışıb. 83% lehinə səs verib. Onlar öz əhalisini “sülhə” belə hazırlayırlar.

Niyə Azərbaycan Qarabağa qarşı yeni aksiyalara hazırlığı nümayiş etdirən məlumat kampaniyasına başladı?

  1. Reaksiyanı yoxlamaq üçün. Əgər beynəlxalq ictimaiyyət, o cümlədən informasiya müstəvisi vasitəsilə Azərbaycanın bu əməllərinə görə bağışlanmayacağını açıq-aydın bəyan etsələr, onlar hücuma keçməzlər.
  2. Qarabağ erməniləri arasında panika yaratmaq. Əminəm ki, onlar bu kampaniyaya elə-belə başlamadılar.

Müvafiq profilaktik tədbirlər görülsə, çox şeyin qarşısını almaq olar. Əgər biz heç nə etməsək, nəticələr həm Qarabağ, həm də Ermənistan üçün geridönülməz hala gələcək”,-deyə o yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR