İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Vaqnerçilər Ermənistandadır, onları gözümlə gördüm”

772 14.09.2023 15:53 Region A A

 

Ermənistanda “Vaqner” ÖHŞ-nin silahlılarının mövcudluğunu şəxsən gördüm.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Qor Amatuni YouTube kanalında məlumat yayıb.

“Ermənistanda vaqnerçilər var, mən şəxsən onları Gorusda otellərin birində görmüşəm. Bu yaxınlarda Gorusa getdim. Orada “Vaqner”dən bir neçə nəfər var idi, onların komandirləri isə rusiyalı erməni idi. Sonra biz onları Gorusun müxtəlif yerlərində gördük. Onlar doğrudan da Ermənistana gəliblər və toplaşırlar. Vaqnerçilərin niyə gəldiyini hamımız bilirik.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti, ordusu və polisi çox diqqətli olmalıdır. Ümumiyyətlə, Ermənistana arzuolunmaz şəxslərin buraxılmasına ehtiyac yoxdur. Gəlin silahlanaq, diqqətli olaq və hər şeyə hazır olaq”, - deyə Amatuni bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR