İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “İnsanlar seçkilərə inanmır”

489 19.09.2023 14:42 Region A A

“İrəvan Ağsaqqallar Şurasına seçkilərin hazırkı nəticələri kifayət qədər proqnozlaşdırıla bilən idi. Ölkədəki vəziyyəti nəzərə alsaq, heç bir qüvvə Şurada mütləq çoxluğu təmin edə bilmədi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli siyasi strateq Karen Köçəryan danışıb.

“Əgər mer seçkilərində mütləq çoxluq əldə ediləsydi, bu, yalnız görünməmiş pozuntular sayəsində baş verərdi. Lakin gözlənilməz nəticələr qeydə alındı: Öncə “Ömürlük ölkə” partiyası İrəvan Ağsaqqallar Şurasına daxil olmaq baryerini aşa bilmədi, “Respublika” və “İctimai səs” partiyalarının aldığı səs faizi isə yüksək oldu”, - deyə Köçəryan yerli “Beşinci Kanal”ın efirində bildirib.

Erməni analitikin fikrincə, seçici fəallığının aşağı olması Ermənistanda insanların məyusluğunun və heç kimə inanmamasının göstəricisidir.

“Bu, bütün siyasi sahə üçün problemdir, çünki bu, həm də insanların seçki yolu ilə dəyişikliyin mümkünlüyünə inanmadığına bir işarədir. İnsanlar seçkilərə inanmağı dayandırdıqda, bu, onların müxtəlif hərəkətlərə hazır olduğunu da göstərir”, - deyə Karen Köçəryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR