İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Ermənistan baş naziri qorxu içindədir”

730 13.09.2023 16:30 Region A A

 

Ermənistanın Dövlət Mühafizəsi Xidmətinin başçısı Sarkis Ovanyanın işdən çıxarılması, baş nazir Nikola Paşinyanın təhlükəsizliklə əlaqədar qorxularını göstərir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir erməni ekspert Argişti Kiviryana məxsusdur.

Onun sözlərinə görə, Paşinyan bir anda onu "mübadilə" edəcəklərindən qorxur.

 "Nikol Paşinyan son müsahibəsində olduğu qədər uzun müddət belə acınacaqlı vəziyyətə düşməyib",-deyə erməni ekspert qeyd edib.

Kiviryanın fikrincə,  Azərbaycan onu tez bir zamanda sülh müqaviləsi imzalamağa məcbur edir. Çünki hazırda  Ermənistan tərəfinin Bakının mümkün hərəkətlərinə qarşılıq verəcək gücü yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR