İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diversant: "Heç nəyi xatırlamıram" - VİDEO

1161 07.12.2023 11:28 Kriminal A A

Xəbər verdiyimiz kimi, dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmə prosesində dövlət ittihamçısı Müşviq Rəhimov cinayət işi üzrə ittiham aktını oxuyub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədov Voskanyan Qaqik Aşotoviçdən özünü bu ittihamlarda günahkar hesab edib-etmədiyini soruşub.

Voskanyan "mən heç nə xatırlamıram" deyib.

Hakim elan edib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar üzrə bir maddə üzrə ömürlük, digər maddələr üzrə isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Daha sonra məhkəmənin media üçün açıq olan hissəsi bitib. Məhkəmədə fasilə elan edilib. Fasilədən sonra məhkəmə iclası qapalı keçiriləcək.

Onu da əlavə edək ki, məhkəmə prosesində Tofiq İsmayılov, Elvin Hüseynzadə, İsrafil Məmmədov, Xəyal Daşdəmirov, Əli Kərimov zərərçəkmiş qismində özlərini təqdim ediblər.

Qeyd edək ki, zərərçəkmişlər hərbçilərdir.

Xalidə Gəray,
Video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR