İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomatları hakimiyyətlə işləməkdən imtina edirlər -ŞOK AÇIQLAMA

1058 28.09.2023 15:01 Region A A

Son günlər baş verən hadisələr fonunda Ermənistanın dövlət aparatında ciddi fikir ayrılıqları yaranıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.

 Qəzetin yazdığına görə, Nikol Paşinyanın dövlət sisteminin daxildən çatlamaması üçün çox səy göstərməsinə baxmayaraq, hazırkı mərhələdə heç bir nəzarət mexanizmi işləmir.

“Xarici İşlər Nazirliyindəki mənbəmiz bildirir ki, Ermənistanın müxtəlif ölkələrdə akkreditə olunmuş ondan çox konsulları belə biabırçı şəraitdə Ermənistan hakimiyyəti ilə işləmək niyyətində olmadıqları barədə raportlar təqdim ediblər. Eyni mənbənin məlumatına görə, son bir həftə ərzində erməni diasporunun nümayəndələri Ermənistanın müxtəlif ölkələrdəki səfirləri və konsulları ilə çox sərt söhbətlər apararaq, Paşinyan iqtidarının siyasətini kəskin tənqid ediblər”,-deyə xəbərdə qeyd olunur.

Qəzetin iddiasına görə, artıq bir neçə səfir də istefa ərizəsi yazıb, lakin onlarla ayrı-ayrılıqda söhbətlər aparılıb. Nazirlik həmin səfirləri heç olmasa indiki mərhələdə öz vəzifələrində qalmağa razı salmağa çalışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR