İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan Paşinyana ŞOK SÖZLƏR 

870 26.07.2023 19:55 Region A A

Nikol Paşinyanın Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın “donos” yazmaqla bağlı sözləri yerli müxalifət tərəfindən sərt təpki ilə qarşılanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin üzvü Ayk Mamicanyan baş nazirin sözlərinə cavab verib.

O, Paşinyanın özünün vaxtilə çuğulçuluqla məşğul olduğunu söyləyib.

“Ömrü boyu “donos“ yazan adam mətndə yazılanları başa düşməyəndə bunun da belə olduğunu düşünür”, - deyə Mamicanyan bildirib.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu yaxınlarda ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktubla müraciət edərək, onları Qarabağda guya erməni əhalisinün üzləşdiyi “humanitar fəlakəti” dayandırmağa çağırmışdı.

Baş nazir Nikol Paşinyan bir gün əvvəl keçirdiyi mətbuat konfransında Ermənistanın üçüncü prezidentinin məktubuna istinad edərək bunları deyib:

“O, həm özünü, həm də ölkəni dəyərsizləşdirdi. Üstəlik, bu məktubun qeyd olunan məqsədi heç kimin yadına düşməyəcək. Ermənistanın keçmiş qeyri-legitim liderinin hazırkı liderlə bağlı xarici dövlətlərin rəhbərlərinə şikayəti onlara görə “donos”dan başqa bir şey deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR