İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: "Türkiyə ilə sərhədin açılması Ermənistanın maraqlarına uyğundur"

554 10.05.2023 17:55 Region A A

“Türkiyə- Ermənistan sərhədinin açılması yalnız Türkiyəyə sərfəli olsaydı, rəsmi Ankara onu beş saniyəyə açardı”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, QDİƏT nümayəndə heyətinin üzvü Gevorq Papoyan jurnalistlərlə görüşündə bildirib.

"Ermənistan həmişə sərhədi açıq saxlayıb. Türkiyə Ermənistana iqtisadi təzyiq etdiyini və bununla da Azərbaycanı dəstəklədiyini heç vaxt gizlətməyib", - Papoyan belə bir cümlə işlədib.
Onun sözlərinə görə, “Türkiyə- Ermənistan sərhədinin açılmasının Ermənistan üçün hansısa apokaliptik (qiyamət-red.) nəticələrə gətirib çıxaracağı” barədə səslənən fikirlər sadəcə gülüncdür.

"Sərhədlərin açılması Ermənistanın iqtisadi inkişafına, iş yerlərinin açılmasına, vergilərin artmasına, insanların sosial vəziyyətinin xeyli yaxşılaşmasına səbəb olacaq. Əgər Türkiyə sərhədin açılmasının Ermənistan üçün zərərli olacağını bilsəydi, onu çoxdan açardı”, - deyə Papoyan vurğulayıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR