İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Bakı Rusiya və Qərblə anlaşa bilib, İrəvan isə onların münaqişə meydanına çevrilib”

532 13.12.2023 14:16 Region A A


“Xarici mühit Ermənistanın maraqlarını müdafiə etmək üçün vacibdir, lakin təkcə ona arxalana bilməzsiniz, çünki hazırda hakimiyyətdə kimin olmasından çox şey asılıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan danışıb. Xaçatryan yerli jurnalistlərin Azərbaycanla sülh müqaviləsinin bağlanmasının xarici vəziyyətdən nə dərəcədə asılı olması ilə bağlı ünvanladığı sualı cavablandırıb.

Erməni deputatın fikrincə, qlobal oyunçuların maraqlar balansından və ya ziddiyyətlərindən həm faydalanmaq, həm də zərər görmək mümkündür. “Azərbaycan yuxarıda qeyd olunan tərəflərin heç biri ilə münaqişəyə girmədən həm Qərb, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağı bacarıb”, - deyə Xaçatryan qeyd edib.

Onun fikrincə, Ermənistan hakimiyyəti bu və ya digər tərəfdən faktiki olaraq heç bir geosiyasi bonus almadan ölkəni Moskva ilə Qərb arasında qarşıdurma meydanına çevirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR