İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: "Azərbaycan hansı güzəştlərə gedir?"

1946 17.07.2023 17:45 Region A A

"Brüsseldə baş verənlər danışıqlar deyil, güc tətbiqi təhlükəsi şəraitində Bakının Ermənistana tələblərinin icra etdirilməsidir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Kristin Vardanyan deyib.

Onun sözlərinə görə, danışıqlar masasında nə erməni tərəfinin maraqlarını, nə də erməni gündəmini əks etdirən bir bənd var.

"Deyilənlərin düzgünlüyünə əmin olmaq üçün bu sualı vermək kifayətdir: bəs Azərbaycan hansı güzəştlərə gedir?", - deyə Vardanyan bildirib.

Erməni deputatın sözlərinə görə, Azərbaycan güzəştə getməyə hazır olduğunu qətiyyətlə rədd edir: "Belə bir şəraitdə Brüsseldə baş verənləri Ermənistanın nöqteyi-nəzərindən danışıqlar adlandırmağın nə əsası, nə də mənası var".

Kristin Vardanyanın fikrincə, Brüsseldə aparılan danışıqlarda irəliləyiş olubsa, bu, sırf Bakının xeyrinədir, çünki hər görüşlə sonrakı təslim sazişinin konturları müəyyən edilir və dəqiqləşdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR