İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni blogerlə azərbaycanlı jurnalistlərin DEBATI – Roman Baqdasaryanla Fuad Abbasov və Sevinc Telmanqızı CANLIda

2530 14.12.2023 11:29 Gündəm A A

Son günlər sülh sazişi istiqamətində yeni açıqlamalar verilir. Eyni zamanda dünən əsirlərin qaytarılması və davamında cəmiyyətlərin intqrasiyası mövzuları da intensiv müzakirə olundu. Bəs cəmiyyətlər arasında münasibətlər necə tənzimlənəcək? Erməni cəmiyyətində əhval-ruhiyyə necədir? Sülh sazişinin bağlanacağına inanırlarmı?

Bütün bu sualları bu gün saat 11.30-da TV Müsavatın efirində erməni bloger-jurnalist Roman Baqdasaryanla tanınmış azərbaycanlı jurnalist Fuad Abbasov müzakirə edəcək. Aparıcı Sevinc Telmanqızının moderatorluğu ilə baş tutacaq söhbət zamanı cəmiyyətimizi maraqlandıran bütün məsələlər jurnalistlər tərəfindən müzakirə mövzusu olacaq. Tamaşaçılarımız da aktiv şəkildə efirin gedişində sualları ilə iştirak edə bilərlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR