İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni barmağı”ndan xroniki şübhə - Bizi heç vaxt yanıltmırlar

2741 02.08.2023 12:15 Yazarlar A A

“Ərəb okeanı”nın ortasında adı xəritədəki təsvirinin üzərinə sığışmayan İsrail adlı “ada”nı 1948-dən bəri ayaqda saxlayan, məhv olmağa qoymayan ən başlıca amil, bilirsinizmi, nədir? Həmişə sayıq olması, təhlükəni, xarici təhdidi ciddiyə alması, preventiv tədbirlər görməsi, işini ehtiyatlı tutması...

Dünyanın ən ucqar yerində belə kimsə, hansısa bir qüvvə İsrail dövlətinə, yəhudi xalqına düşmənçilik duyğularını izhar etsə, İsrailin aidiyyatı orqanları dərhal onu ciddiyə alır, faktın üzərində araşdırma aparır, lazımi tədbirlər görür - XİN-in bəyanat verməsindən ta səfirlik attaşelərinin həmin dövlətin lazımi orqanlarının rəhbərləri ilə görüşməsinə, “düşmən qüvvə”nin nəzarət altına alınmasına qədər.

Dünyanın ən ağıllı, fərasətli, istənilən cəmiyyətə sürətlə adaptasiya olunmaq, qaynayıb-qarışmaq, dil tapmaq, qarşılıqlı faydalı iş birlikləri qurmaq qabiliyyətinə malik xalqlarından biri olan xalqımız məhz bu təhlükəsizlik, xarici təhdid məsələsində nədən bu qədər səhlənkardır, anlaşılan deyil.

Budur, ortada bir qalmaqal var. Yaponiyalı şahmatçı Hikaru Nakamura Bakıya çatan kimi çamadanını açmamış sosial şəbəkədə otel otağındakı hamamda suyun gəlmədiyinə dair mesaj yazıb. Başqa sözlə, o, bu xırda məişət problemini otel inqibatçısı ilə həll etmək əvəzinə ölkəmizi qaralayıb, dünyanın hər yerindən olan izləyicilərində Bakı və onun otelləri haqqında yanlış rəy yaradıb.

Məlum olduğu kimi, Bakının 5 ulduzlu otellərindəki komfort, yüksək səviyyəli xidmət dünyada məşhurdur və hamı etiraf edir ki, hər şey dünya standartları səviyyəsində olduğu üçün tariflər də ona uyğundur.

364755873_652597196811002_857023278573024209_n.jpg (43 KB)

Nakamura isə belə bir “qara piar” aktına qol qoyub və Bakı haqqında Afrika ölkələrinin əyalət şəhəri təsəvvürü formalaşdırmaq istəyib.

Əlbəttə, bunun üstündən sakitcə keçmək olardı. Amma hər şeyə dair araşdırma aparmağı sevən həmvətənlərimiz Nakamuranın arvadı Atusa Purkaşyanın erməni qızı olmasını qabardaraq, eyham ediblər ki, Nakamura o mesajı təsadüfən yazmayıb, böyük ehtimalla ermənilərə rəğbət, azərbaycanlılara kin-küdurət bəslədiyi üçün, qərəzlə yazıb.

İndi ən pisi odur ki, digər həmvətənlərimiz bu ehtimalı Nakamuranın cəddi-əqrəbasına, mərifət, qanacağına çoxdan bələdmiş kimi kənara qoyur, hətta iddianın özünə lağ edirlər.

1690381596697984053.jpg (194 KB)

“Nakamurannın arvadı Atusa Purkaşyan tehranlıdır, farslarda sonu “yan”la bitən soyadlar çoxdur, keçmişdə ölkəmizdə Nəhavəndiyan soyadlı səfir də vardı” deyə hamını haqsız çıxaranlar da var. Həqiqət isə budur ki, Atusa Purkaşyan Tehranda doğulsa da, erməni mənşəlidir.

Bu, nə deməkdir? Heç ola bilməz ki, Atusa indiyə qədər Hirukiyə ermənilərin haqlı olduqları, Azərbaycan və Türkiyə türklərinin onları incitdiyi, 44 günlük müharibədə Azərbaycan ordusunun “erməni şəhəri Şuşanı işğal etdiyi” barədə danışmasın, onun beyninə yarışmaya getdiyi ölkə barədə mənfi fikirlər doldurmasın.

Belə bir şey ola bilərmi? Mümkün deyil. Dünyanın harasında doğulmasından asılı olmayaraq, bütün ermənilərin yek bir xarakteri var – demək olar ki, hamısı millətçidir, hara gedərlər, hansı auditoriyalarda olarlar, mütləq “erməni millətinin həmişə haqlı olmasından və xroniki şəkildə təqib-təzyiqlərə məruz qalması”ndan danışarlar.

1478536144-126283-14955974_1100268236758218_7387731419601518773_n.jpg (72 KB)

Öz dövlətinə nəyə görəsə nifrət edən Vahe Avetyan ad-soyadlı bir erməni yazıçı vardı, dissident fikirlərinə görə Ermənistandan qaçaq düşüb İsveçə sığınmışdı. O, arada Bakıya gəlib “Xocalı abidəsi”nə gül qoymuş, baş əymiş, bu faciəni erməni hərbçilərinin hərbi cinayəti kimi lənətləmiş, xalqımızdan üzr istəmişdi, bəs axırda nə etdi, xəbəriniz varmı? 44 günlük müharibənin gedişində Azərbaycan öz rayonlarını işğaldan azad etdikcə Avetyanın üzü döndü, axırda ölkəmizi kəskin dillə tənqid etdi, aqressiyada, erməni xalqına zülm etməkdə suçladı.

paş-pal.jpg (93 KB)

Ona görə də Nakamuranın hərəkətinin təsadüfi olmadığına inanın. Arvadı erməni olan amerikalı senatorların (məsələn, Frenk Pallonenin) hər dəfə Azərbaycana və Türkiyəyə qarşı nəsə bir açıqlama vermələri, sənəd hazırlamaları necə təsadüfi deyil, “erməni barmağı” amili ilə bağlıdırsa, bu da o xanədəndir.

sah-pre122241.jpg (222 KB)

Siz bir məşhur adam (siyasətçi, diplomat, yazıçı, rejissor, rəssam, aktyor) göstərin ki, arvadı ermənidir, amma o, buna baxmayaraq Azərbaycana, Türkiyəyə tolerant yanaşır? Yoxdur beləsi. Varsa da, qorxusundan susur və heç kim onu tanımır. Sovet İttifaqında ən qorxmaz, ən ədalətli, ən vicdanlı adam akademik Andrey Saxarov idi, o da arvadı Yelena Bonnerin təşviqi ilə özünü “erməni pasibanı” kimi aparırdı.

Budur, ABŞ-da fəaliyyət göstərən “Disney” serial/film platforması Mustafa Kamal Atatürk haqqında çəkilmiş “Atatürk” serialının yayınını dayandırıb. Niyə? Çünki erməni lobbisi və diaspor təşkilatları “Disney”ə təzyiq edib, serialın dayandırılmasını istəyiblər.

Ermənistan və Azərbaycan arasında nə vaxtsa qalıcı sülh olacaqsa da, əmin olun, onlar bu intriqanı 1000 (min) il sürdürəcəklər.

Bizə düşən odur ki, bunu unutmayaq, sərvaxt və sayıq olaq, arxadan atılan daş dabanımza dəysə də, bilək ki, bunu kim atıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR