İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəblərin hamını şoka salacaq RƏQSİ - VİDEO

1384 02.07.2024 14:46 Dünya A A

Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə də TikTok-da əynində keçi dərisindən "libas", başında keçi buynuzları olan ərəblərin rəqs videoları yayılır. 

Bu videoları "İslamın əsl üzü budur!" tipli sərsəm şərhlər də müşayiət edir.

Əslində bu videodakı görüntülər nədir?

Həmin görüntülər Mərakeşdə, "Bujlud" bayramında çəkilib.

"Bujlud" kəlməsi ərəb dilindəki "əbu" ("ata") və "jilud" ("dəri")  sözlərinin birləşməsi olaraq hərfi mənası "dərilərin atası" olan sözdür.

Bərbər tayfalarından biri olan amaziqlərin minillərlə tarixi olan bayramıdır və bərbərlər bu bayrama "bilmaven" də deyirlər.

Hər il Qurban Bayramından sonra amaziqlər bu bayramı qeyd edirlər.

Qurban kəsilən keçilərin dərilərindən xüsusi libaslar tikilir, o libası geyinən şəxslər "bujlud"da rəqs edirlər.

Daha çox Mərakeşin Mərrakeş, Aqadir və Fəs şəhərlərində qeyd olunur. (milli.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR