İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəblər Messi 400 milyon avro maaş verəcəkmişlər

1184 24.07.2023 10:23 İdman A A

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun sahibləri argentinalı futbol ulduzu Lionel Messiya fantastik maaş verəcəkmişlər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki,  “Əl-Hilal” klubunun keçmiş hücumçusu Odion İqalo etiraf edib ki, Lionel Messinin Səudiyyə Ərəbistanı əvəzinə ABŞ-a keçmək qərarına təəccüblənib.

“Messinin Səudiyyə Ərəbistanına getməməsinə şok oldum. Müqaviləm qismən Leonun transfer hazırlıqlarına görə yenilənmədi. Mən sövdələşmənin bitdiyini düşündüm. Messiyə fantastik maaş təklif edildi - Ronaldonunkundan iki dəfə çox", - İqalo deyib.

Bu yaxınlarda Lionel Messi Amerikanın "İnter Mayami" klubunda uğurlu debüt edib, baxımlı qol vurub və hələ yaxşı formada olduğunu göstərib.

Kriştianu Ronaldoya gəlincə, o, Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir və orada ildə 200 milyon avro qazanır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR