İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəblər "Barselona"nın futbolçusunu almaqda israrlıdır

1009 27.08.2023 02:12 İdman A A

Səudiyyə Ərəbistanı klubları artıq Avropanın hər yerindən bir sıra ulduzlarla müqavilə imzalayaraq, transfer bazarını pozmağa davam edir.

Qaynarinfo.az xəbər verir ki, Frank Kessini "Al-Ahli"yə satan "Barselona" Klement Lenqletin mümkün transferi ilə bağlı "Al Nassr"la da danışıqlar aparıb. Amma bu keçid baş tutmayıb. Kriştiano Ronaldonun da yer aldığı "Al-Nassr" bu dəfə "Barselona"nın digər futbolçusu, transfer dəyəri 60 milyon avro olan Rafinya ilə bağlı cavab gözləyir. Xarici KİV-də yer alan məlumata görə, "Al Nassr" bu yay Rafinya ilə müqavilə bağlamaqda maraqlıdır və artıq ilk əlaqələri qurub.

Braziliyalı futbolçunun bu yayın əvvəlində Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı söz-söhbətlər son vaxtlar səngisə də transfer pəncərəsinin bağlanmasına yaxın yenə "alovlanıb". "Al Nassr" 26 yaşlı cinah oyunçusu üçün La Liqa çempionlarına təklif göndərməyə hazırlaşır.

Ancaq Ousmane Dembelenin gedişindən sonra Rafinyanın hazırda "Barselona" üçün önəmli futbolçuya çevrildiyi nəzərə alınaraq bu transferin reallaşmasının çətin göründüyü, ərəblərin təklifindən də çox şeyin asılı olduğu bildirilir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR